İstifadəçi Müqaviləsi

Bu İstifadəçi Müqaviləsi (bundan sonra "Müqavilə") Pets tətbiqindən (bundan sonra "Tətbiq") istifadə qaydalarını müəyyən edir. Tətbiqin şəxsi mobil cihaza yüklənməsi, İstifadəçi tərəfindən Tətbiq vasitəsilə hesabın ilkin qeydiyyatı, eləcə də Tətbiqin hər hansı bir şəxs tərəfindən istifadəsi həmin şəxs tərəfindən bütün şərtlərin tam qəbul edilməsi deməkdir:

  • Hazırki Müqavilə;

  • Daimi olaraq https://pets.az/agreement/ ünvanında yerləşən https://pets.az saytının İstifadəçi Müqaviləsi

  • Daimi olaraq https://pets.az/privacy/ ünvanında yerləşən "Məxfilik Siyasəti"

Bu Müqavilənin və “Məxfilik Siyasəti”nin hər hansı müddəaları ilə razılaşmadıqda İstifadəçi Tətbiqi şəxsi mobil cihazına yükləməməli, qeydiyyatdan keçməməli və Tətbiqdən istifadə etməməlidir

1. ŞƏRTLƏR VƏ ANLAŞMALAR

Bu Müqavilədə aşağıdakı mənaları daşıyan terminlərdən istifadə olunur:

Tətbiq - Smartfonlar, planşetlər və digər mobil cihazlarda işləmək üçün nəzərdə tutulmuş proqramdır;

Xidmət - İstifadəçilərə baytarlıq klinikaları ilə, salonlarla randevu təyin etməyə və həmçinin, evə baytarı çağırmağa imkan yaradan funksionallığı ehtiva edən Tətbiqin bir hissəsidir;

Müəllif (Tətbiq Administrasiyası) - "Digitalks" Məhdud Məsuliyyətli Cəmiyyətidir;

İstifadəçi - Tətbiqdən istifadə edən fiziki şəxsdir;

Hesab – İstifadəçinin mobil nömrəsini özündə əks etdirən, onun identifikasiyasını və Tətbiqə girişini təmin edən məlumat bazasında qeyddir;

Baytarlıq klinikası -  Sertifikatlı baytarların çalışdığı və istehlakçılara baytarlıq xidmətləri göstərən klinikadır;

Salonlar - Ev heyvanları üçün müxtəlif qulluq xidmətlərini təklif edən müəssisələrdir;

Onlayn mağaza - İstifadəçilərə heyvan mağazalarından alış-verişin edilməsinə, ödəniş üsulunun seçilməsinə və sifarişin çatdırılmasına imkan yaradan xidmətdir;

Kontent - Mətn formatında olan hər hansı məlumatlar, animasiyalar, videolar, fotoşəkillər, səslər və Tətbiqdə göstərilən hər hansı digər materiallardır;

Satıcılar - Məhsulları Onlayn Mağazada yerləşdirən və İstifadəçilərə satan şəxslərdir;

Alıcı - Malların alınması üçün Tətbiq vasitəsilə sifariş verən və qeydiyyatdan keçən İstifadəçidir;

2. İSTİFADƏÇİ MÜQAVİLƏSİNİN PREDMETİ

2.1. Bu Müqavilənin mövzusu həmçinin İstifadəçiyə (I) ev heyvanlarının sağlamlığına dair tibbi qeydlər yaratmağa və saxlamağa, (II) baytarlıq klinikalarını axtarmağa və onlarla randevu təyin etməyə, (III) salonlar axtarmağa və onlarla randevu təyin etməyə (IV), ev heyvanlarının cədvəlini izləməyə (V), ev heyvanları üçün qida/aksessuarlar almağa (VI) imkan yaratmaqdır. Müəllif İstifadəçi ilə Baytarlıq klinikaları, Salonlar və Satıcılar arasında məlumat vasitəçisidir.

2.2. İstifadəçi giriş məlumatlarını üçüncü şəxslərə ötürməməyi, habelə onun Hesabından üçüncü şəxslər tərəfindən icazəsiz istifadə halları barədə Müəllifi dərhal xəbərdar etməyi öhdəsinə götürür. Bu cür bildiriş anına qədər İstifadəçi müvafiq Hesabın istifadəsi ilə bağlı bütün əməliyyatlara görə məsuliyyət daşıyır.

2.3. Tətbiqi mobil cihaza yükləmək və quraşdırmaqla və ya Tətbiqdən hər hansı başqa şəkildə istifadə etməklə İstifadəçi bu Müqavilənin bütün şərtlərini qəbul etdiyini bildirir.

2.4.Tətbiqin bu Müqavilənin şərtlərinə əsasən istifadəsi şəxsi qeyri-kommersiya məqsədləri üçün nəzərdə tutulur. Tətbiqdən bu Müqavilədə nəzərdə tutulmayan şərtlərlə və üsullarla istifadə yalnız Müəllif ilə ayrıca müqavilə əsasında mümkündür.

2.5. Müəllif əvvəlcədən xəbərdar etmədən birtərəfli qaydada bu Müqaviləyə dəyişiklik və əlavələr etmək hüququna malikdir. Müəllif əlavə və / və ya düzəliş edilməsi barədə İstifadəçilərə ən məqbul hesab etdiyi qaydada məlumat vermək hüququna malikdir. Tətbiqin istənilən vaxt istifadəsi İstifadəçi tərəfindən bu Müqavilənin bütün şərtlərinin və onun tərkib hissələrinin qəbul edilməsi deməkdir. İstifadəçi Müqavilənin hazırki versiyası ilə tamamilə və ya qismən razı deyilsə, o, dərhal Tətbiqi mobil cihazından silməli və istifadəsini dayandırmalı, həmçinin Müəllifdən Hesabını silməsini xahiş etməlidir.

2.6.Bu Müqavilə Azərbaycan Respublikasının Qanunvericiliyi ilə tənzimlənir.

3. ÜMUMİ İSTİFADƏ ŞƏRTLƏRİ

3.1. Pets Tətbiqi İstifadəçilərə Baytarlıq klinikaları ilə randevu təyin etmək üçün Xidmət təqdim edir. Tətbiq baytarlıq məsləhətçisi deyil və heç bir tibbi həllər, tövsiyələr və ya istiqamətlər təklif etmir. Baytarlıq klinikalarında həkimlər Tətbiqin işçiləri və ya agentləri deyillər. Tətbiq sizə xidmət göstərən baytarların fəaliyyətinə və ya fəaliyyətsizliyinə görə məsuliyyət daşımır.

3.2. Pets Tətbiqi İstifadəçilərə Salonlar ilə randevu təyin etmək üçün Xidmət təqdim edir. Salonlarda çalışan ustalar Tətbiqin işçiləri deyil. Tətbiq sizə xidmət göstərən ustaların fəaliyyətinə və ya fəaliyyətsizliyinə görə məsuliyyət daşımır.

3.3. Pets Tətbiqi müştərilərə Onlayn Mağaza vasitəsilə Satıcılardan məhsullar almaq üçün platforma təqdim edir. Tətbiq malların tədarükçüsü deyil və satılan məhsulların keyfiyyətinə görə məsuliyyət daşımır. Malların çatdırılması Pets işçisi olmayan üçüncü şəxslər tərəfindən həyata keçirilir. Tətbiq məhsulların keyfiyyətinə və çatdırılma sürətinə görə məsuliyyət daşımır.

3.4. Siz Tətbiqdə peyvəndin tarixi, baytarın qəbulu, oyun vaxtı, dərman vaxtı, məşq rejimi və s. kimi ev heyvanınızın qulluq fəaliyyətləri üçün xatırlatmalar yarada və planlaşdıra bilərsiniz. Qulluq fəaliyyətinin vaxtı çatdıqda sizin mobil cihazınıza xatırlatma gələcək. Bununla belə, hər hansı bir səbəbdən xatırlatma sizə çatdırılmadıqda, gec çatdırıldıqda və ya səylərimizə baxmayaraq, səhv çatdırıldıqda, Tətbiq məsuliyyət daşımır. Xatırlatmaları almaq istəmirsinizsə, onları Tətbiqdə söndürə bilərsiniz. 

3.5. İstifadəçi anlayır və razılaşır ki, onun təqdim etdiyi hər hansı məlumat avtomatik təhlil olunur, bunun əsasında Tətbiq İstifadəçiyə onun üçün ən uyğun məzmunu təklif edə, məhsul və xidmətlərimizi konkret İstifadəçi üçün fərdiləşdirə bilər.

3.6. Tətbiqin bəzi funksiyaları yalnız İnternetə çıxışınız olduqda mümkündür.

3.7. Müəllif Tətbiqin və ya onun ayrı-ayrı komponentlərinin və/və ya funksiyalarının səhvsiz və fasiləsiz işləməsinə, İstifadəçinin konkret məqsədlərinə uyğunluğu ilə bağlı heç bir zəmanət vermir. Həmçinin Tətbiqdə yerləşən Kontentin etibarlılığına, dəqiqliyinə və tamlığına zəmanət vermir. 

3.9. Müəllif Tətbiqdən istifadə edilməsi, istifadə edilməməsi, istifadə edə bilməməsi və ya Tətbiqin ayrı-ayrı komponentlərində və/və ya funksiyalarında, o cümlədən əməliyyatlarda yaranan səhvlər və ya uğursuzluqlar nəticəsində İstifadəçiyə və/və ya üçüncü şəxslərə dəyən ziyana görə məsuliyyət daşımır.

4. ÇATDIRILMA VƏ ÖDƏNİŞ

4.1. Malların çatdırılması Bakı şəhəri daxilində və Satıcının malın çatdırılma məntəqəsindən maksimum 30 km məsafədə həyata keçirilir.

4.2. Çatdırılma Satıcı tərəfindən təyin edilmiş üçüncü şəxs tərəfindən həyata keçirilir.

4.3. Bakı vaxtı ilə saat 17:00-dan sonra (GMT +4) sifariş verildikdə, çatdırılma növbəti gün ərzində həyata keçirilir.

4.4. Satıcının malı Alıcıya təhvil vermək öhdəliyi kuryerin məhsulu Alıcıya və ya onun səlahiyyətli alıcısına çatdırdığı anda yerinə yetirilmiş hesab olunur.

4.5. Malların qiymətləri sifariş verilərkən Tətbiqdə göstərilir, Azərbaycan manatı ilə müəyyən edilir və göstərilən qiymətə ƏDV daxildir. Məhsulun qiyməti Satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Ödəniş Tətbiq Administrasiyasının xeyrinə Tətbiq interfeysində göstərilən İsitifadəçinin bank kartı vasitəsilə həyata keçirilir.

5. MALLARIN VƏ VƏSAİTİN QAYTARILMASI

5.1. İstifadəçi, məhsullar çatdırılmaq üçün kuryerə təhvil verilənə qədər sifariş verdiyi məhsuldan imtina etmək hüququna malikdir.

5.2. Alıcı 5.1-ci bənddə nəzərdə tutulmuş qaydada məhsuldan imtina edərsə, Müəllif sifarişin ləğv edildiyi gündən 14 gün ərzində ödənilmiş malın dəyərini İstifadəçiyə qaytarmalıdır.

5.3. Satıcı keyfiyyətsiz məhsulu satdığı təqdirdə və Alıcı istehsal defekti olan məhsulu Satıcıya qaytarması şərti ilə, məhsula ödənilən vəsaitin geri qaytarılmasını tələb etmək hüququna malikdir.

6. İNTELLEKTUAL MÜLKİYYƏT

6.1. Tətbiqin müstəsna hüququ Müəllifə məxsusdur.

6.2. Müəllif Tətbiqdə bütün əqli fəaliyyətin nəticələri, o cümlədən müəlliflik hüququ obyektləri, mətnlər, şəkillər, video yazılar, audiovizual materiallar, kompüter proqramları (lakin bununla məhdudlaşmayaraq) üzərində müstəsna hüquqlara malikdir.

6.2. İstifadəçi Tətbiqdə hər hansı materialı öz adından yerləşdirməklə, həmin materiallar üzərində müstəsna hüququn şəxsən ona məxsus olduğunu, bu materialların üçüncü şəxslərin hüquqlarını pozmadığını bəyan edir və təmin edir.

6.3. Əqli hüquqların obyekti olan hər hansı materiala olan hüquqların üçüncü şəxslərə məxsus olması halında, İstifadəçinin belə materialları yalnız o halda yerləşdirmək hüququ vardır ki, bu materialların yerləşdirilməsi etibarlı müəllif hüquqları sahibinin razılığı ilə həyata keçirilir və faktiki müəllif hüququ sahibinin adı göstərilir.

6.4. Müəllif İstifadəçini xəbərdar etmədən, şübhəli sayılan və ya müəllif hüquqlarının pozulmasına yol vermiş İstifadəçinin hesabını dayandırmaq, bloklamaq və ya silmək hüququna malikdir.

7. YEKUN MÜDDƏALAR

7.1. Müəllifin qanunsuz hərəkətləri nəticəsində hüquq və maraqlarının pozulduğunu hesab edən İstifadəçi və ya digər bir şəxs Müəllifə iddia göndərməyə borcludur. Cavabın baxılması və yönləndirilməsi Müəllif tərəfindən iddianın alındığı tarixdən etibarən 14 gün ərzində həyata keçirilir.

7.2. Müəllifə qarşı bütün bildirişlər, müraciətlər, iddialar [email protected] elektron poçt ünvanına göndərilməlidir.